AZ RU EN
Məbləğ: AZN
XİDMƏTLƏR
Standart nömrələr
Lyuks nömrələr
"Pearllounge"
"Primavera"
Konfrans zalı
Türk hamamı
Sauna
Trenajor zalı
Hovuz və Cakuzi
Massaj
 
 
 
 
Standart nömrələr
Ayrıca çarpayıları yaxud bir ədəd ikinəfərlik çarpayısı olan çox səliqəli, özündə əlverişliliyi və rahatlığı birləşdirən nömrədir. Standart nömrə rahat istirahət və iş üçün bütün lazım olan avadanlıq və ləvazimatlarla təchiz olunub. Hər nömrədə televizor, telefon, soyuducu və s. var. Vanna otağında duşu olan ağappaq vanna, bütün divarboyu güzgüsü olan tualet masacığı və sanitar qovşağı var. Burada qonaqlar üçün fen, həmçinin saçlar üçün şampun, duş üçün gel, bədən üçün balzam kremi, sabun və duş üçün papaqcıqdan ibarət tualet ləvazimatı dəsti və əl-üz, hamam və ayaq üçün dörd dəst dəsmal var. Hamam ləvazimatları hər gün dəyişdirilir və əlavə olunur.

 
 
Lyuks nömrələr
Ayrıca çarpayıları yaxud bir ədəd ikinəfərlik çarpayısı olan çox səliqəli, özündə əlverişliliyi və rahatlığı birləşdirən nömrədir. Standart nömrə rahat istirahət və iş üçün bütün lazım olan avadanlıq və ləvazimatlarla təchiz olunub. Hər nömrədə televizor, telefon, soyuducu və s. var. Vanna otağında duşu olan ağappaq vanna, bütün divarboyu güzgüsü olan tualet masacığı və sanitar qovşağı var. Burada qonaqlar üçün fen, həmçinin saçlar üçün şampun, duş üçün gel, bədən üçün balzam kremi, sabun və duş üçün papaqcıqdan ibarət tualet ləvazimatı dəsti və əl-üz, hamam və ayaq üçün dörd dəst dəsmal var. Hamam ləvazimatları hər gün dəyişdirilir və əlavə olunur.

 
 
"Pearllounge"
Biz zəngin ənənəyə, geniş imkanlara və istedadlı insanlara malik gözəl ölkədə yaşayırıq. Bizim gücümüz səmimiyyətimizdə, açıqlığımızda və xeyirxahlığımızdadır. Deməli, bizi aşpazlıq sahəsində də parlaq gələcək gözləyir, çünki yalnız aydın baxışlara, saf qəlbə, böyük səxavətə və səmimiliyə malik olan insan xariqələr yarada, yəni öz əlləri ilə, gücü və sağlığı ilə toxunduğu hər bir şeyə ecazkar enerji iiə ilham verərək aşpazlıq şah əsərlərinə həyat bəxş edə bilər...

 
 
"Primavera"
Caspian Business Hotel restoranının müəyyən üslublu, sakit və rahat atmosferi cari işləri müzakirə etmək və ya sadəcə tələsmədən gün ərzində qəlyanaltı etmək imkanı verir. Restoranın zalı iri korporativ tədbirlərin keçirilməsi üçün çox rahatdır. Biz Sizin bütün istəklərinizə diqqətlə yanaşacaq və gecənizi sehrli əhval-ruhiyyə ilə dolduracağıq.

 
 
Konfrans zalı
Otelimizin xüsusi təchiz olunmuş, rahat, müxtəlif sahəli konfrans zallarında Siz dostlarınız və partnyorlarınız üçün banketlər və konfranslar keçirə p bilərsiniz. Caspian Business Hotel otelinin konfrans zalları Sizin tədbiri ən *3 yüksək səviyyədə keçirmək imkanı yaradacaq. Caspian Business Hotel oteli i. konfrans zallarda işgüzar görüşlərin, təqdimat mərasimlərinin, danışıqların, Iseminarların, konfransların və treninqlərin keçirilməsi üçün xeyli imkana malikdir. Burada konfransların, sərgilərin, təqdimatların, simpoziumların və seminarların keçirilməsi üçün bütün şərait yaradılıb.

 
 
Türk hamamı
Məhəmməd Peyğəmbər (s.ə.s.) sayəsində türk hamamı dinin bir hissəsinə və onun mütləq atributuna çevrilmişdir. Peyğəmbərimiz deyirdi ki, "hamam insan artımını yüksəldir və deməli, İslamın davamçılarını artırır". İslamda hamam - fiziki və mənəvi təmizlənmə simvoludur. Türk hamamı nə deməkdir? İlk öncə Siz isti otağa (+28 - +34 dərəcə) daxil olursunuz və burada soyunaraq bədəninizi yaxşı qızdırmaq imkanı əldə edirsiniz. Sonra isə böyük otağa keçirsiniz. Siz yaxşıca tərlədikdən sonra, peşəkar yuyucu Sizin dərinizi sərt hamam kisəsi ilə sürtərək, Sizə türk pilinqi edəcək, yəni "kisə" çəkəcək.

 
 
Sauna
Əgər Siz əla buxara həqiqətən qiymət verə bilirsiniz yaxud öz sağlamlığınızla məşğul olmaq, dostlarınıza yaxud partnyorlarınıza unudulmaz təsir bağışlamaq, təlaşdan dincəlmək və özünüzü yenidən dünyaya gəlmiş olmaq istəyirsinizsə dörd-ulduzlu Caspian Business Hotel-in Fitness və Spa mərkəzini ziyarət edin. Otelin müasir saunası sizə efir yağlarının xoşagələn ətrindən zövq almağa imkan yaradır. Saunada döşəkağı, dəsmallar, papaqcıqlar, birdəfəlik kosmetik ləvazimatları, mineral su, bal yaxud cemlə çay sizə təklif olunacaqdır.

 
 
Trenajor zalı
Müasir güc və Technogym və Dlesel kardlo trenajorlara mallk trenajor zalı Slzə yaxşı formada qalmaq imkanı verir. Məşqçllərlmlz Sizin üçün məşq proqramını seçməyə köməklik edəcəklər. Bizim trenajor zalı bütün əzələ qrupları üçün nəzərdə tutulmuş peşəkar avadanlıqlarla təchiz olunub.

 
 
Hovuz və Cakuzi
Hündür şəffaf günbəz altında üzməkdən ləzzət alaraq məzuniyyət hissini uzadın. Hətta tutqun havada belə, hovuz işıqla doludur. Axşam düşüb qaş qaralanda isə işıqlandırmanın rəngbərəng işıqları günbəzin və sütunların üzərində oynayaraq, qeyri-adi sakitlik və dinclik duyğusu yaradır.

 
 
Massaj
Qonaqlarımıza müxtəlif növ klasslk massaj növlərl təklif olunur, Massaj orqanizmln uyğunlaşma Imkanlarını artırır və stressə davamlılıq əldə olunur. Məhz zəif, monoton, tədriclə dəylşən hisslər orqanizmin gərglnliyini makslmum aradan qaldırır, Insanın funksional durumunu yaxşılaşdırır, şəfaverici, emosional təəssüratlar bəxş edir. MassaJ nəinki fiziki səviyyədə, həm də psixoloji, bəzən isə mənəvi səviyyədə də təsir edir.