Xidmətlərimiz

Restoranlarımız

"Beirut Lounge"

Caspian Business daxilində fəaliyyət göstərən restoran Biznes, romantik və dost görüşləri üçün gözəl bir yerdir. Restoran daxilində əyləncə və müsbət əhval-ruhiyyə təklif edən rahat atmosfer yaradılıb.
Otelin 1-ci mərtəbəsində yerləşən klassik dizayna malik olan "Beirut Lounge" hər gün saat 07:00 dən 10:00 kimi açıq buffet xidmətləri ilə qonaqların istifadəsinə verilir. 200 nəfərlik tutuma malik "Beirut Lounge" xoş günlərinizin unuldulmaz və yaddaqalan etmək üçün sizin yolunuzu gözləyir. Özəl mərasimlər, ad günləri, korporativ gecələr,nişan, xınayaxdı və s. günlərinizi bizə həvalə edə bilərsiniz.

"Primavera Lounge"

"Primavera Lounge" otel qonaqlarının səmərəli istirahəti üçün nəzərdə tutulmuşdur. Restoran müasir, sakit və rahat atmosferi ilə seçilir. Restoranda isti içkilər, meyvə şirələri, qazlı içkilər, qəlyənaltılar, çərəz növləri, mövsüm meyvələri, akoqollu içkilər, açıq bufet yeməkləri, şirniyyat və kanepe növləri təqdim edilir.

Otaqlarımız

“Caspian Business Hotel” otaqlarının rahat atmosferi və dəbli dizaynı Sizin komfortunuz və gözəl istirahətiniz üçün yaradılmışdır. Otel daxilində "single, double / twin, triple, junior suite, executive suite, president suite" nömrələri fəaliyyət göstərir. "Caspian Business Hotel" nömrələrində özünüzü ev istiliyi və rahatlığı ilə əhatə edin.

Fitnes və Spa mərkəzi

Caspian Business Hotel xidmətlərinə həmçinin Fitnes mərkəzinə giriş daxildir. Otelin Fitnes zalı bütün əzələ qrupları üçün nəzərdə tutulmuş peşəkar avadanlıqlarla təchiz olunub. Fitness mərkəzimiz sizi rahatladar, məmnunluq bəxş edər və sağlam hiss etdirər.

Günlük stressdən isə Caspian Business Hotel -in Spa mərkəzində xilas ola bilərsiniz. Xidmətlərə dərin toxuma masajları, isti daş masajları, idman masajları və Tayland masajları daxildir. Spa sauna və buxar otağı ilə təchiz edilmişdir.

Konfrans Zalı

Sizin çıxışlar və təqdimatlarınız "Caspian Business Hotel" -in rahat atmosferli konfrans zalında həmişə parlaq və effektli olacaq.
Caspian Business Hotel -də yüksək səviyyəli iş görüşmələri və fərdi tədbirlərin keçirilməsi üçün konfrans zalı mövcuddur. 500-700 nəfərlik müasir atmosferli konfrans zalında çıxışlar və təqdimatlarınızı rahat şəkildə təşkil edə bilərsiniz.