Haqqımızda

Haqqımızda

5 ulduzlu "Caspian Business Hotel" Bakı şəhərin Nərimanov rayonunda, Bakmil metrosundan 8 dəqiqəlik məsafədə yerləşir. Burda qonaqlara yüksək standartlara uyğun nömrələr, kondisioner, pulsuz Wi-FI, spa, trenajor və basseyn xidmətləri təqdim olunur.

"Caspian Business Hotel"-in zərif üslubda hazırlanan geniş otaqları komfortlu çarpayı, xalça döşəməsi, qonaq otağı və televizorla təchiz olunub. Bütün otaqlarda mini bar, soyuducu və vanna otağı mövcuddur.

Otel daxilində fəaliyyət göstərən restoranında qonaqlara Azərbaycan və Avropa mətbəxinin yeməkləri təqdim olunur. Qonaqlar həmçinin otelin barından müxtəlif növ içkilər sifariş edə bilər.

Qonaqlar, həmçinin hovuz, fitness mərkəzi, stolüstü tennis, bilyard, suna və massaj seansından istifadə edərək istirahət edə bilərlər.

118 otaqdan ibarət olan Caspian Business Hotel - in geniş, lüks və eleqant otaqları Sizin istirahətiniz üçün ideal bir məkan olacaq.