Caspian Business Hotel – Rahatlıq və İşgüzar Atmosferin Ünvanı!
Bakı şəhərində yerləşən Caspian Business Hotel, qonaqlarına rahat və zövqlü mühit təqdim edən 4 ulduzlu oteldir. Şəhərin mərkəzinə cəmi 15 dəqiqəlik avtomobil məsafəsində yerləşən otelimiz, həm işgüzar səfərlər, həm də istirahət üçün ideal seçimdir. Yaxınlıqda yerləşən metro stansiyası (2 dəqiqəlik məsafədə) sayəsində şəhərin istənilən nöqtəsinə rahat və sürətli şəkildə çatmaq mümkündür.
Otelin 1-ci mərtəbəsində 24 saat fəaliyyət göstərən restoran, qonaqlarımıza müxtəlif ləzzətli yeməklər və rahat atmosfer təqdim edir. Bundan əlavə, spa mərkəzimiz və hovuzumuz qonaqlarımıza istirahət və dincəlmək üçün əla imkanlar yaradır.
Rahat və geniş otaqlarımızda kondisioner, pulsuz Wi-Fi, keyfiyyətli mebellər və rahat yataq dəstləri mövcuddur. Sakit atmosferi və yüksək xidmət səviyyəsi ilə Caspian Business Hotel sizi qonaqpərvərlik və komfortla qarşılamağa hazırdır.
OTELİMİZİN ÜSTÜNLÜKLƏRİ:
- 118 otaqlı, 10 mərtəbəli tam standartlara uyğun, müasir dizayna sahib otaqlar
- Çox geniş, rahat və yüksək səviyyəli seçimlər
- 7/24 fəaliyyət göstərən premium restoran & terras (MENYUYA BAX)
- Hər gün canlı musiqi və banketlər
- 20 metrlik üzgüçülük hovuzu
- 06:00-dan etibarən açıq SPA, masaj və fitness mərkəzi
- Bilyard və masaüstü tennis
- Qapalı və açıq avtodayanacaq
- Bütün otaqlarda Smart TV, yüksək sürətli Wi-Fi və geniş iş masası
ƏLAVƏ XİDMƏTLƏR:
- Viza dəstəyi
- Transfer
- Şəhər turları
- Rayon turları
- Korporativ müştərilər üçün xüsusi təkliflər:
Bu təklif tur operatorları və biznes səyyahlar üçün xüsusi qiymətləri ehtiva edir. Əməkdaşlıq və xüsusi fürsətlər üçün bizimlə əlaqə saxlaya bilərsiniz.